ABŞ prezidenti Co Baydenin administrasiyası əvvəlcə Misir üçün nəzərdə tutulan 95 milyon dollarlıq hərbi yardımı Livana yönləndirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Vəsaitlər Livan hərbçilərinin ixtisaslarının artırılması, sərhədlərin möhkəmləndirilməsi, terrorla mübarizə və “Suriyada hakimiyyət dəyişikliyindən təsirlənən təhlükəsizlik ehtiyaclarının ödənilməsi” üçün istifadə olunacaq.
Vəsaitlərin yenidən bölüşdürülməsi ABŞ qanunvericilərinin Misirdə insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə etməsindən sonra baş verib.