Reuters: ABŞ Ruanda və Konqo Demokratik Respublikasında faydalı qazıntılara investisiya qoymaq istəyirbackend

Reuters: ABŞ Ruanda və Konqo Demokratik Respublikasında faydalı qazıntılara investisiya qoymaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Ruanda və Konqo Demokratik Respublikasında faydalı qazıntılara sərmayə qoymağı düşünür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Jurnalistlər iddia edirlər ki, Vaşinqton Konqonun şərqində qalay, tantal və volfram hasil etməkdə maraqlıdır, daha sonra emal və xaricə satış üçün Ruandaya aparılacaq. Bunun dövlətlər arasında gərginliyi azaldacağı və onların gəlirlərini artıracağı gözlənilir.

Eyni zamanda, Konqo DR hökuməti qeyd edib ki, Ruanda əsgərləri və üsyançıları dövlətin ərazisindən çıxarılmadan ölkələr arasında əməkdaşlığa nail olmaq mümkün deyil.

Konqo Demokratik Respublikasında hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər bir neçə aydır ki, davam edir.