Reuters-dən seçki şərhi: Tarixdə ən uzun iki həftə olacaqbackend

Reuters-dən seçki şərhi: Tarixdə ən uzun iki həftə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mayın 14-də keçirilən seçkilər dünya mətbuatında da geniş işıqlandırılıb.

NOCOMMENT xəbər verir ki, Britaniyanın Reuters xəbər agentliyi tarixi seçkilərin təhlilini dərc edib. “Türkiyə ikinci tura gedərkən, Ərdoğan ilk sınaqdan keçdi, lakin risk altındadır. Psixoloji üstünlük hakimiyyətdədir. Qarşıdakı iki həftə Türkiyə tarixində ən uzun iki həftə olacaq və çox şeylər baş verəcək”, – Reuters yazıb.

Dünya mətbuatı Türkiyədəki seçki həyəcanını yaxından izlədi. İngiltərə xəbər agentliyi Reuters Türkiyə ikinci tura gedərkən “Ərdoğan ilk sınaqdan keçdi, amma risk altındadır” başlığı ilə dərc etdiyi xəbərdə nəticələrlə bağlı siyasi analitik və iqtisadçıların şərhlərinə yer verib.

Ekspertlərlə görüşən Reuters bildirib ki, hazırkı nəticə hökumətə psixoloji üstünlük verir və Ərdoğan yəqin ki, sabitliyi vurğulayacaq.