Reuters: İran Suriyaya raket və pilotsuz təyyarələr göndərə bilərbackend

Reuters: İran Suriyaya raket və pilotsuz təyyarələr göndərə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Suriyaya raketlər, pilotsuz təyyarələr və hərbi texnika göndərə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi yüksək vəzifəli iranlı məmura istinadən məlumat yayıb.

“Çox güman ki, Tehran Suriyaya hərbi texnika, raketlər və pilotsuz təyyarələr göndərməli olacaq”, – mənbə bildirib.

Onun sözlərinə görə, hazırda İran kəşfiyyat məlumatları ilə Suriyaya yardım edir.

Rəsmi həmçinin qeyd edib ki, İran Suriyadakı hərbi müşavirlərinin sayını artırmaq qərarına gəlib və ora qüvvə göndərmək üçün də tədbirlər görüb.

İran rəsmisi Reuters agentliyi ilə söhbətində bildirib ki, İran və İraq İslam müqavimət qüvvələri və ya nizami orduların iştirakı ilə birgə müdafiə layihələrinin yaradılmasını nəzərdən keçirirlər.