Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa zəng edərək Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Prezident Makron, Prezident Tramp, Misir Prezidenti Əbdül-Fəttah Əl-Sisi və İordaniya Kralı II Abdullah ibn Hüseyn arasında telefon danışığı olub, söhbət zamanı Qəzza məsələsi müzakirə olunub”, – deyə agentlik məlumat yayıb.
Əlavə olaraq bildirilir ki, Fransa lideri aprelin 8-də anklav sakinləri üçün humanitar yardımların saxlanıldığı anbarlara, eləcə də yaralı fələstinlilərin müalicə olunduğu xəstəxanaya baş çəkməyi planlaşdırır.