ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın ofisi bildirib ki, onun baş müşaviri Brayan Lanza gələcək Amerika liderinin adından Ukrayna və Krım haqda danışmayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” yazır.
“Lanzanın şərhlərinə cavab olaraq, sözçü Lanzanın Tramp adından danışdığını təkzib edib”, – məlumatda bildirilir.
Agentlik mənbəsinin sözlərinə görə, müşavir seçki kampaniyası çərçivəsində işə götürülüb və daha Tramp üçün işləmir.
Lanza daha əvvəl demişdi ki, Ukrayna Donald Trampın Rusiya ilə “real sülh baxışını” qəbul etməli və əraziləri geri qaytarmaq barədə düşünməyi dayandırmalıdır.