Ukrayna ilə bağlı saziş ya Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli razılaşma, ya da 2022-ci ilin İstanbul sazişlərinə qayıdış şəklində ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, “mənbələrdən biri qeyd edib ki, Rusiya və Ukrayna razılığa gələ bilsə, rəsmi sazişin müxtəlif variantları mövcuddur, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən tanınacaq Rusiya-Ukrayna-ABŞ üçtərəfli razılaşması”.
Reuters-in digər mənbələrinə görə, alternativ variant 2022-ci ilin İstanbul sazişlərinə qayıdışdır. Bu sənədlərdə Moskva və Kiyev Ukraynanın daimi neytrallığını, əvəzində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü — Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ tərəfindən təhlükəsizlik təminatlarını müzakirə ediblər.
Əks halda, məqaləyə görə, konflikt davam edəcək.