Avropa ölkələri təxminən 40 milyard avro dövriyyəsi olan daha çox müdafiə şirkətləri yaratmalıdır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Rheinmetall” müdafiə konserninin rəhbəri Armin Papperger “Report-K” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, gələcəkdə konsernin dövriyyəsi 20-25 milyard avroya qədər artacaq. Bununla belə, hazırda Avropa ölkələri Amerika müdafiə texnologiyaları qrupları ilə rəqabət apara bilmir.
Bundan əlavə, müsahibə zamanı o, Fransa-Almaniya MGCS (Əsas Yer Döyüş Sistemi) tankı haqqında danışıb. Rheinmetall rəhbəri izah edib ki, son beş ildə bu iş ilə bağlı çox az irəliləyiş olub, lakin şirkətlər arasında birbaşa əməkdaşlıq qurulub.