Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna ilə danışıqlardan sonra hava limanına yola düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti mənbəyə istinadən məlumat yayıb.
“Nümayəndə heyəti mehmanxanadan hava limanına yollanıb”, – agentliyin mənbəsi bildirib.
2022-ci ilin əvvəlindən ilk dəfə olaraq İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqları bərpa edilib.
Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti mayın 15-dən Türkiyədədir. Medinski bildirib ki, Rusiya böhranın həlli üçün konstruktiv dialoqa və “mümkün həll yollarının axtarışına” sadiqdir. Ukrayna nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rustem Umerov başçılıq edib.