Ukrayna Silahlı Qüvvələrinin bir qrupu Kursk vilayətinin işğal olunmuş ərazilərindən geri çəkilməyə hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiyanın təhlükəsizlik orqanlarından məlumat verilib.
“Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ələ keçirilən mövqelərdən geri çəkilməyə hazırlaşmaq mərhələsindədir”, – mənbə qeyd edib.
O, həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin aktiv fəaliyyətinə görə ciddi maddi-texniki çətinliklərlə üzləşirlər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində apardığı bütün hərbi əməliyyatlar ərzində 63 mindən çox əsgər itirib.