Rifah səviyyəsi yüksək ölkələrdə yaşayan insanlar niyə intihar edir?backend

Rifah səviyyəsi yüksək ölkələrdə yaşayan insanlar niyə intihar edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərabər gəlir səviyyəsi, azad ölkə… Buna baxmayaraq, Skandinaviya ölkələrində və Finlandiyada səbəbi bilinməyən intiharlar baş verir.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, edilən araşdırmalara görə bu ölkələrdə təmin edilən gəlir ədaləti insanları ümidsizliyə düçar edir.

Mütəxəssislər rifah səviyyəsi ilə intihar halları arasında maraqlı əlaqələri aşkar ediblər.

Araşdırmalarda ortaya çıxan səbəb gəlir ədalətsizliyinin azalmasıdır. Bir-biri ilə eyni nisbətdə qazanan insanlar zaman keçdikcə özlərini başqaları ilə müqayisə etməyə başlayırlar. Özünü həmyaşıdları, qohumları, həmkarları ilə müqayisə edənlər özlərini ümidsiz və çarəsiz hiss edirlər.

Finlandiyada getdikcə yaxşılaşan gəlir ədaləti və rifah səviyyəsi insanları Skandinaviya ölkələrində olduğu kimi müqayisə aparmağa sövq edir. Bu da intihar hallarının artmasının səbəblərindən biri kimi göstərilir.

Finlandiya əsasında başqa bir səbəb ölkənin iqlimi ilə bağlıdır. Havanın ümumiyyətlə tutqun olması intihar hadisələrini təsir edən mühüm səbəblərdən biridir.

Devid Blankflauverin 41 ölkə üzərində apardığı araşdırmalara görə insanların ən çox depressiyaya düşdüyü orta yaşın 50 olduğu ortaya çıxarıb.

O, insanların 70 yaşına çatdıqda daha yetkin və xoşbəxt olduğunu bildirir. O, həmçinin əlavə edir ki, həyatın çətinlikləri haqqında nikbin düşünən insanlar daha uzun yaşayırlar.

Jalə Bədirova 

NOCOMMENT.az