Riker: Bakı ilə İrəvan üçün ən böyük şans…backend

Riker: Bakı ilə İrəvan üçün ən böyük şans…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanla Bakı arasında davam edən danışıqların tempi və dərinliyi uzun müddətdir görmədiyimiz münaqişənin həllinə nail olmaq potensialını nümayiş etdirir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Təbii ki, hər iki ölkənin hakimiyyətinin hələ çox işi var, o cümlədən insan haqlarının və beynəlxalq qanunların pozulması ilə bağlı iddiaların araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi. ABŞ və AB danışıqları təşviq etdiyi və asanlaşdırdığı halda, Ermənistan və Azərbaycan onların məzmununu müəyyən edir. İki ölkə arasında xarici oyunçuların maraqları ilə deyil, öz maraqları ilə şərtlənən birbaşa danışıqlar uzunmüddətli uğur üçün ən böyük şansa malikdir”, – deyə Riker söyləyib.