Rişi Sunak Böyük Britaniyada hərbi xidməti BƏRPA EDƏCƏKbackend

Rişi Sunak Böyük Britaniyada hərbi xidməti BƏRPA EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Rişi Sunak iyulun 4-də keçiriləcək növbədənkənar seçkidə qalib gələrsə, 18 yaşlı gənclər üçün hərbi xidməti bərpa edəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir ölkəsinin bu gün daha təhlükəli gələcəklə üz-üzə olduğunu deyib, buna görə də belə bir hərbi xidmət modelini planlaşdırğını bildirib.

Baş nazirin təklif etdiyi yeni modelə əsasən gənclərə silahlı qüvvələrdə 12 ay müddətində tam zamanlı yerləşdirmə və ya bir il ərzində ayda bir həftə sonunu öz icmalarında könüllü olaraq keçirmək arasında seçim etmə şansı veriləcək.