Rişi Sunak İran və İsraili təmkinli olmağa çağırıbbackend

Rişi Sunak İran və İsraili təmkinli olmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İran və İsraili təmkinli olmağa çağırıb və Britaniyanın İsrailin yanında olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Sunakın sözlərinə görə, ölkəsi İranın İsrailə yönəltdiyi bir sıra dronları məhv edib, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi əməliyyat zamanı vacib kəşfiyyat nəzarəti və dəstəyi verib.

İranın nüvə proqramı ilə bağlı da açıqlama verən Sunak vurğulayıb ki, bu, heç vaxt indiki qədər inkişaf etməyib.

Baş nazir İranın nüvə proqramının beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini də deyib.