Rişi Sunak seçki ərəfəsində vacib məsələlərə toxunubbackend

Rişi Sunak seçki ərəfəsində vacib məsələlərə toxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Rişi Sunak gələn ay keçiriləcək ümumi seçki ərəfəsində bir sıra məsələlərlə bağlı sualları cavablandırıb.

NOCOMMENT.az-ın məlumatına görə, o, bildirib ki, inflyasiya ilə mübarizə olduqca vacib prioritetdir. Məqsəd bu problemi həll edib əvvəlki halına qaytarmaqadır:

“Vaxtı ilə inflyasiya 11 faiz idi. Hər kəs son bir neçə ilin çətin olduğunu, bütün hesablarınıza təsirini bilir. Hamı rəqəmləri azaltmağın ümumiyyətlə mümkün olmadığını söyləyir. Amma keçən il bunun mümkün olduğunu göstərdik. Mənim prioritetim inflyasiyanı aşağı salmaq idi. İndi hər şey normal vəziyyətinə qayıdır. Zəhmət nəticəsində rəqiblərimizi qabaqlayırıq və irəliləyiş əldə edirik”.

Sunak, immiqrasiya ilə bağlı təkliflərini və Ruanda qanun layihəsini də şərh edib:

“Ruandaya gəlincə isə, mühüm məqam ondan ibarətdir ki, bu, qarşısının alınmasıdır. Çünki inanıram ki, insanlar bura qeyri-qanuni gəlsələr, qala bilməzlər. Onları aradan qaldırmaq üçün təhlükəsiz bir yerə ehtiyacımız var”.