Rişi Sunak Ukraynaya ən böyük yardım paketini vəd edibbackend

Rişi Sunak Ukraynaya ən böyük yardım paketini vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollardan çox) dəyərində ən böyük hərbi yardım paketini vəd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, paketə avadanlıq, o cümlədən 400 avtomobil, 1,6 min silah və dörd milyon patron daxil olacaq.

Məqalədə qeyd olunur ki, bu maliyyə ilində Böyük Britaniyanın Ukraynaya ümumi yardımı 3 milyard funt sterlinq təşkil edəcək.