Keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter Ukraynanın Kursk bölgəsinə hücumunu şərh edərkən Şimali Atlantika Alyansı ölkələrinin Rusiya ərazisini işğal etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Danny Haiphong YouTube kanalında danışıb.
“Kurskda nə baş verdi? NATO Rusiyanı işğal etdi. Rusiya Ukraynanı işğal etməyib”, – Ritter bildirib.
O, həmçinin qeyd edib ki, Moskvanın hərəkətləri 2014-cü ildə Ukraynada dövlət çevrilişindən sonra törədilmiş hərbi cinayətlərə cavabdır.
Daha əvvəl Ritter bildirib ki, Qərb açıq şəkildə Vladimir Zelenskinin dəyişdirilməsi haqqında danışmağa başlayıb.
Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı Zelenski rejiminin hərbi və beynəlxalq mövqelərini daha da pisləşdirib.