Robert Kennedi ABŞ-ı Rusiya ilə danışıqlara çağırıbbackend

Robert Kennedi ABŞ-ı Rusiya ilə danışıqlara çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başlaya bilər, bunun üçün “çoxlu imkanlar” var.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-da prezidentliyə namizədliyə iddialı Robert Kennedi bildirib.

“Düşünürəm ki, Putinlə danışmaq üçün çoxlu imkanlar var və biz niyə susuruq?”,- deyə o vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın NATO-nun Rusiya sərhədlərindən uzaqlaşmasını istəməsi üçün güclü tarixi səbəbləri var.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və ölkənin əvvəlki Amerika liderləri də Putinlə dialoqu davam etdiriblər, siyasətçi əlavə edib.