ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi seçki kampaniyasını dayandırdığını elan edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o bunu öz “X” hesabında tərəfdarlarına göndərdiyi mesajda deyib.
“Mən hamıya bildirmək istəyirəm ki, mən kampaniyamı tamamilə dayandırmıram, ancaq onu müvəqqəti dayandırıram. Mənim adım əksər ştatlarda seçki bülletenlərində qalacaq.”, – deyə o bildirib.
O həmçinin ABŞ prezidentliyi uğrunda yarışda Donald Trampı dəstəklədiyini açıqlayıb.