Robert Köçəryan Nikol Paşinyanı istefaya çağırıbbackend

Robert Köçəryan Nikol Paşinyanı istefaya çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbəri olduğu müxalif “Ermənistan” bloku baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, ölkə sakinlərinə müraciət edən blokun rəhbərliyi bildirib ki, Nikol Paşinyanın istefası üçün bütün qüvvələrin bir araya gəlməsi, ölkədə yeni hakimiyyətin formalaşdırılması tələb olunub.

Bəyanatda həmçinin qeyd edilib ki, Nikol Paşinyan hakimiyyəti insan qurbanlarına, parçalanmaya, xaosa gətirib çıxarıb.

“Vəziyyətin tam həlli bu hakimiyyətin getməsindən ibarətdir. Nikol Paşinyanın istefasından sonra bütün qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili problemlərin həlli siyasəti təmin edilməlidir”, – deyə bəyanatda bildirilib.