Robert Köçəryan yenə koronavirusa yoluxub?backend

Robert Köçəryan yenə koronavirusa yoluxub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

R.Köçəryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.

Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məhkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVİD-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Köçəryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

R.Köçəryan və vəkili Aram Vardevanyan artıq test veriblər. Onların hər ikisi özlərini təcrid ediblər.

Maraqlıdır ki, keçən il müharibə zamanı da eks-prezident koronavirusa tutulduğunu bildirmişdi, amma o zaman hamı bunu Moskvaya getməmək üçün bəhanə zənn etmişdi…