Roberto Karlos infarkt keçirdi – 3 saat əməliyyatda qaldıbackend

Roberto Karlos infarkt keçirdi – 3 saat əməliyyatda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı futbol əfsanəsi Roberto Karlos infarkt keçirib.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki,  o, Sau Pauloda tətildə olarkən ürəyindəki problem səbəbindən təcili xəstəxanaya yerləşdirilib.

Əfsanəvi futbolçu orada əməliyyata alınıb. 40 dəqiqə çəkməsi gözlənilən cərrahi müdaxilə əməliyyat zamanı meydana çıxan çətinliklər səbəbindən təxminən 3 saat davam edib.

Yerli medianın məlumatına görə, onun vəziyyəti kafidir.