Roma Papası Bağdaddabackend

Roma Papası Bağdadda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katoliklərin ruhani lideri və Vatikan rəhbəri Papa Fransisk Bağdada səfər edib. Onun təyyarəsi Bağdad Aeroportuna eniş edib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat verib.

Hava limanında Papanı İraq Respublikasının Baş naziri Mustafa Əl-Kazimi qarşılayıb.

Fransisk Bağdad hava limanında yüksək səviyyəli rəsmilər üçün ayrılan xüsusi görüş otağında Kazimi ilə görüşəcək.

Roma Katolik Kilsəsinin rəhbəri İraq Baş naziri ilə görüşdən sonra Bağdadın Yaşıl zonasında yerləşən Prezident Sarayına yola düşəcək. Sarayda İraq Prezidenti Bərhəm Salihin iştirakı ilə Roma Papasının qarşılanma mərasimi keçiriləcək. Daha sonra Papa və İraq Prezidentinin görüşü baş tutacaq.

Papanın həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri və diplomatlarla görüşəcəyi qeyd olunub.

Bildirilib ki, bu, koronavirus pandemiyasının başlamasından etibarən Roma Papasının ilk rəsmi beynəlxalq səfəridir.

Səfər 5-8 mart tarixlərini əhatə edəcək.