Roma Papası Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın Alyaskada keçirdiyi görüşdən sonra Ukraynada atəşkəsə ümid etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bunu Roma Papası XIV Leo Ansa-ya müsahibəsində deyib.
“Həmişə atəşkəsə, zorakılığın dayandırılmasına və onların razılığa gəlməsinə ümid edirəm. Niyə müharibə bu qədər uzun çəkir?” – Papa qeyd edib.