Roma Papası Qarabağdan danışıbbackend

Roma Papası Qarabağdan danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk bu gün Vatikanda akkredite olunan diplomatik korpus rəhbərləri qarşısında nitqi zamanı vəziyyətin gərgin olduğu bölgələri sadalayarkən bildirib.

“Orada közərməyə davam edən bir neçə münaqişədən bəziləri son illərdə daha da alovlanaraq regiondakı sabitlik və təhlükəsiziyi təhdid edir”, – deyə katolik kilsəsinin rəhbəri qeyd edib.

“Bizim dövrdə dinlərarası dialoq xalqlar və mədəniyyətlər arasındakı anlaşmanın mühüm parçasıdır”, – deyə Roma papası vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Fransa və Vatikandakı səfiri Rəhman Mustafayev də iştirak edib.