Roma Papasının sabah səhər evə buraxılacağı gözlənilirbackend

Roma Papasının sabah səhər evə buraxılacağı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 29-da yoluxucu tənəffüs infeksiyaları səbəbilə xəstəxanaya yerləşdirilən katoliklərin ruhani lideri Papa Fransiskin bu gün səhər aparılan analizlərdən sonra sabah səhər evə buraxılacağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Katolik Kilsəsinin inzibati mərkəzi olan Vatikandan məlumat verilib.

Vatikanın sözçüsü Matteo Bruni keçən çərşənbə günü nəfəs darlığı səbəbiylə Romadakı Gemelli xəstəxanasına aparılan Papanın vəziyyəti ilə bağlı yazılı açıqlama verib.

“Bu səhər səhər yeməyindən sonra bir az qəzet oxudu və işə qayıtdı. Son analiz nəticələrindən sonra sabah Santa Martadakı evinə dönəcəyi gözlənilir”deyə açıqlamada qeyd olunub.

NOCOMMENT.AZ