Ronaldoya 30 klub təklif edildibackend

Ronaldoya 30 klub təklif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo və meneceri Xorxe Mendeş arasında münasibətləri pisləşməkdə davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mendeş 37 yaşlı hücumçunun seçməsi üçün ona 30 komandanın siyahısını hazırlayıb. Kriştiano ondan 3 komanda seçərək danışıqları Mendeşə həvalə edib. Lakin menecer bu 3 klubla danışıqlarda uğur qazana bilməyib. Bundan sonra Ronaldo daha 5 klub seçsə də, onlarla danışıqlar da nəticəsiz qalıb.

O vaxta qədər oyunçu ilə menecer arasındakı münasibətlər çox yaxşı deyildi, lakin Mendeşin transfer bazarındakı uğursuzluğundan sonra vəziyyət daha da pisləşib. Ronaldo ətrafında baş verən son qalmaqallar onun menecerlə münasibətlərinə də mənfi təsir göstərib.

Qeyd edək ki, son günlər Ronaldonun “Əl-Nəsr”lə razılaşdığı barədə xəbərlər də yayılıb. Tərəflərin 2030-cu ildədək müqavilə üçn anlaşdığı yazılır. Forvardın son klubu “Mançester Yunayted” olub. O, ötən ay İngiltərə təmsilçisindən ayrılıb.