Ronaldu Coca-Cola-nı 4 milyard dollar zərərə saldı – VİDEObackend

Ronaldu Coca-Cola-nı 4 milyard dollar zərərə saldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldunun Avropa Çempionatındakı mətbuat konfransı zamanı iki ədəd “Coca-Cola” şüşəsini qarşısından götürərək kənara qoyması şirkət səhmlərinin qiymətinin 4 milyard dollar düşməsinə səbəb olub.

NOCOMMENT “The Guardian” nəşrinə istinadən bildirir ki, 36 yaşlı futboçu ölkəsinin Macarıstanla F qrupunda oynayacağı oyundan əvvəl Budapeştdə keçirdiyi mətbuat konfransında “Coca-Cola” butulkalarını özündən uzaqlaşdırıb və adi su şüşəsini əlinə alaraq portuqal dilində “Aqua” (su) deyə səslənib.

Ronaldunun bu davranışından sonra şirkətin səhmlərinin qiyməti 56,10 dollardan 55,22 dollara düşüb. “Coca-Cola”nın bazar dəyəri isə 242 milyard dollardan 238 milyard dollar enib.

AVRO-2020-nin təşkilat komitısindən isə bildiriblər ki, mətbuat konfransında oyunçulara “Coca-Cola” ilə birlikdə su da təklif olunur: “Hər kəsin içki seçmə hüququ var”.

Qeyd edək ki, “Coca-Cola” AVRO-2020-nin rəsmi sponsorlarından biridir.