Ronaldu iki həftə karantində olacaqbackend

Ronaldu iki həftə karantində olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Turinə qayıdıb.

NOCOMMENT.az “Football Italia”ya istinadən xəbər verir ki, 35 yaşlı portuqal futbolçunun şəxsi “Gulfstream G200 Galaxy” təyyarəsi bu axşam Turində yerə enib. İndi Ronaldu iki həftə karantində olmalıdır. O, bundan sonra komanda ilə məşqlərə başlaya biləcək.

Daha əvvəl bildirilirdi ki, İspaniya hökumətinin koronavirus pandemiyası səbəbindən tətbiq etdiyi karantinə görə uçuşlara məhdudiyyət qoyulması səbəbindən futbolçunun şəxsi təyyarəsi Madriddədir və o, Madeyranı tərk edə bilmir.

Xatırladaq ki, Ronaldu insult keçirmiş anasına baş çəkmək üçün martda İtaliyanı tərk etmişdi. Sonra oyunçu koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin səbəbindən ailəsi ilə birlikdə Madeyra adasına getmişdi.