Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “ƏI-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya təmsilçisi “Valensiya”nın əsas səhmdarına çevrilə bilər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
“Yarasalar”ın hazırkı sahibi, hücumçunun yaxın dostu və bir neçə şirkətdə şəriki olan Peter Lim klubu Ronalduya satmaq niyyətindədir.
O, mövsümün sonunadək səhm satışını başa çatdırmaq istəyir. Forvard özü də komandanı almaqda maraqlıdır. Xərclərin bir hissəsi Kral ailəsinə bağlı Səudiyyə investisiya fondları tərəfindən qarşılana bilər.
Qeyd edək ki, K.Ronaldu cari mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.