Ronaldu UEFA Millətlər Liqasının finalları tarixinin ən yaşlı iştirakçısı olubbackend

Ronaldu UEFA Millətlər Liqasının finalları tarixinin ən yaşlı iştirakçısı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasının finalları tarixinin ən yaşlı iştirakçısı olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hücumçu turnirin 2024/2025 mövsümünün həlledici matçında İspaniya millisinin qapısına qol vurub.

Ronaldu Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç (37 yaş 282 gün, 2023-cü ildə İspaniyaya qarşı matçda) və ispan müdafiəçi Xesus Navası (37 yaş 209 gün, eyni matçda) qabaqlayaraq meydana 40 yaşında (40 yaş 203 günlük) daxil olub.

Yarımfinalda Almaniya yığmasına 2:1 hesabı ilə qalib gələn Portuqaliya millisi finalda İspaniya yığmasını məğlub edib. Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə portuqaliyalılar rəqibini 5:3 hesabı ilə üstələyiblər.