Ukrayna Silahlı Qüvvələrinə məxsus 16 pilotsuz uçan aparat Rostov vilayətinin ərazisində elektron döyüş qüvvələri tərəfindən məhv edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qubernator səlahiyyətlərini icra edən Yuri Slyusar bildirib.
Onun sözlərinə görə, Myasnikovski rayonunun Çaltır kəndində PUA-nın hücumu nəticəsində fərdi yaşayış evində yanğın baş verib, yaxınlıqda dayanan avtomobillər də yanıb.
Krım kəndində istehsalat zavodunun ərazisində yanğın baş verib, Kuybışevski rayonunun Kryukov kəndində isə bir neçə binaya ziyan dəyib.
“Əməliyyat məlumatına görə, xəsarət alan olmayıb. “Məlumat dəqiqləşdirilir”, – deyə Slyusar Telegram kanalında yazıb.