Rostovda yanacaq anbarları alovlanıbbackend

Rostovda yanacaq anbarları alovlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Rostov vilayətində yanacaq saxlanılan anbarlar alovlanıb.

“Report”un məlumatına görə, bu barədə Rusiya KİV-ləri regionun FHN idarəsinin məlumatlarına istinadən xəbər verir.

“Ümumi sahəsi 1000 kvadratmetr olan üç bina alovlara bürünüb”, – qurum bildirir.

Məlumata görə, yanğının söndürülməsinə 60 xilasetmə işçisi və 17 ədəd xüsusi texnika cəlb olunub.