Rövnəq Abdullayev Cüdo Federasiyasından gedir? – Nazirlikdə təcili toplantıbackend

Rövnəq Abdullayev Cüdo Federasiyasından gedir? – Nazirlikdə təcili toplantı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçiriləcək.

NOCOMMENT.az “qafqazinfo”ya istinadla xəbər verir ki, konfrans saat 16:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Məlumata görə, növbədənkənar seçki federasiyanın rəhbərliyinin dəyişilməsi ilə bağlıdır. Bunun üçün artıq bir neçə namizəd irəli sürülüb. Seçki konfransında yeni prezidentin adının müəyyənləşəcəyi gözlənilir.

Federasiyanın baş katibi Elmar Babanlı konfransın olacağını təsdiqləsə də, gündəlikdə hansı məsələnin olacağını açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının hazırki prezidenti Rövnəq Abdullayevdir. O, 2015-ci ildən federasiyaya rəhbərlik edir. R.Abdullayev eyni zamanda AFFA-nın da prezidentidir.

Xatırladaq ki, Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən federasiyalardakı görülən işlərdən narazılığını dilə gətirmiş, dövlət başçısı yeni nazirə bu sahədə araşdırmaların aparılması ilə bağlı tapşırıq vermişdi. Onu da əlavə edək ki, cüdo yığmamız Tokio-2020 Olimpiya Oyunlarında uğursuz çıxışı ilə yadda qalmışdı. Növbədənkənar seçkinin bu səbəbdən keçirildiyi istisna deyil.