Rövnəq Abdullayevin dostu AFFA ilə işbirliyini dayandırdıbackend

Rövnəq Abdullayevin dostu AFFA ilə işbirliyini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov AFFA ilə işbirliyini sona çatdırıb.

O, Ağsu şəhər stadionunun maliyyələşdirilməsində iştirakını dayandırıb.

İndi belə məlum olur ki, İsmayılova məxsus «Azqranata» MMC federasiyanın balansında fəaliyyət göstərən arenanın müəyyən xərclərini qarşılayırmış. Burada çalışan əməkdaşların əməkhaqqısışirkət tərəfindən ödənilirmiş.

Elə buna görədir ki, qurğunun direktoru vəzifəsini uzun illərdir İsmayılova yaxın şəxs yerinə yetirib. Söhbət Nazim Babayevdən gedir.

NOCOMMENT.az sportinfo.az-a istinadən xəbər verir ki, stadionun direktoru postunu tutan N.Babayev həmçinin «Azqranata»nın sədr müavinidir. O, stadiondakı iş yerindən getmək üçün AFFA-ya ərizə yazıb.

2011-ci ildə açılışı olmuş arena 3 min tamaşaçı tutumuna malikdir.

Ötən ilin noyabrında başlayan və bu ilin martında tamamlanan təmir işlərindən sonra oturacaqlar dəyişdirilib, tribunaların dam örütüyü yenilənib.

İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb.

M.İsmayılovun futbola gəlişi də, gedişi də Rövnəq Abdullayevlə bağlıdır. İkinci SOCAR prezidenti olduğu müddətdə dostluq münasibətləri qurduğu vitse-prezidenti bu sektora gətirib.

2011-2018-ci illərdə fəaliyyət göstərmiş «Ağsu»nu da İsmayılovun şirkəti maliyyələşdirib.

Funksionerlər, məşqçi və futbolçuların danışılmış oyunlarda iştirakı üzə çıxandan sonra o, kluba ayırdığı büdcəni tamamilə dayandırıb.