Rövşanə ilə müğənni arasında canlı efirdə “DAVA” DÜŞDÜ – VİDEObackend

Rövşanə ilə müğənni arasında canlı efirdə “DAVA” DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tele-aparıcı Rövşanə Ağasəfqızı ilə müğənni Mehriban Qəmbərova arasında canlı yayım zamanı yaşanan mübahisə sosial şəbəkələrdə geniş rezonans doğurub.

NOCOMMENT.az xəbər verir ki, proqram zamanı aparıcının sənətçinin keçmişinə toxunaraq plastik əməliyyatlar və bədənşəkilləndirmə etdirdiyini vurğulaması studiyada gərginliyə səbəb olub. Bu sözlərə Mehriban Qəmbərova sərt reaksiya verib.

İfaçı bildirib ki, onun bədəni və şəxsi seçimi ictimai müzakirə mövzusu olmamalıdır:

“Bədənimin kimlər üçün maraqlı olması məsələsi düzgün yanaşma deyil. Bu, ən yaxşı halda yaxınlarımı, həyat yoldaşımı və ya sevgilimi maraqlandıra bilər”.

Studiyada qarşılıqlı söz atışması yaşanıb və veriliş bir müddət gərgin atmosferdə davam edib. Sosial media istifadəçiləri məsələyə fərqli mövqedən yanaşıblar. Bəziləri aparıcının suallarını peşəkar jurnalist marağı kimi qiymətləndirsə də, digərləri şəxsi həyat və bədənlə bağlı mövzuların efirdə qabardılmasını etik hesab etməyiblər.

Hadisə qısa zamanda gündəmə çevrilərək geniş müzakirələrə yol açıb./Milli.az/