Azərbaycan Ordusunun sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərov vəzifəsindən kənarlaşdırılmasına ilk dəfə münasibət bildirib.
NOCOMMENT demokrat.az-a istinadən xəbər verir ki, Rövşən Əkbərov hazırda evdə istirahət etdiyini deyib: “Əgər Müdafiə Nazirliyi açıqlama verirsə, mən vəzifəmdən getmişəm, deməli, elədir.
Hazırda Bakıda, evimdəyəm və heç yerə getməmişəm. Heç xaricə getmərəm, çünki buna səbəb yoxdur”.