Rövşən Əkbərovun general rütbəsi niyə alınmayıb? – Baş prokurordan AÇIQLAMAbackend

Rövşən Əkbərovun general rütbəsi niyə alınmayıb? – Baş prokurordan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rövşən Əkbərovun general-leytenant rütbəsinin alınması ilə bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var”.

NOCOMMENT.az “report”a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Qanunvericiliyin tələblərinə görə, bu mütləq deyil. Qanunvericiliyə görə, zəruri olan hallarda, əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşsında vəsasətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqəsdəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb”, – Baş prokuror vurğulayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.