Rövşən Əsgərovdan Rusiyada ona cinayət işi açılmasına REAKSİYAbackend

Rövşən Əsgərovdan Rusiyada ona cinayət işi açılmasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən özüm ali təhsilli tarixçiyəm. Tarixdə hər şey faktlara əsaslanır”

NOCOMMENT.az xəbər verir ki, bunu “Nə? Harada? Nə zaman?” oyununun iştirakçısı Rövşən Əsgərov Rusiyada ona qarşı açılan cinayət işindən danışarkən deyib.

“Məni yalanda ittiham edirlər. Halbuki, yazdığım postda yalnız bir yanlışlıq var. O, da Jukovun beşqat deyil, əslində dördqat Sovet İttifaqı Qəhrəmanı olmasıdır. Yerdə qalan faktların hamısı, “Wikipedia”dan, yəni açıq mənbələrdən götürülüb. Həmin faktlar hətta marşalın öz xatirələrində də var. Axı burada yalan və nasizmin təbliği haradadır?”, – o bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi “Nə? Harada? Nə zaman?” oyununun iştirakçısı Rövşən Əsgərova qarşı cinayət işi açıb. İddialara əsasən, Rövşən Əsgərov aprel ayının əvvəlində sosial şəbəkə hesabında Sovet İttifaqının marşalı Georgi Jukovun şəxsiyyətini aşağılayan məlumatlar paylaşıb. Məhz bu səbəbdən ona qarşı cinayət işi başlanıb.