Rövşən Məmmədov 30 illik kreslosunu itirdibackend

Rövşən Məmmədov 30 illik kreslosunu itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyinin Poliklinikasının baş həkimi Rövşən Məmmədov vəzifəsindən azad olunub.

NOCOMMENT.az CityPost.az-a istinadən xəbər verir ki, Rövşən Məmmədov ötən ay vəzifəsini itirib. Məmmədov Rövşən Havar oğlu 1995-ci ildən həmin vəzifədə çalışırdı.

Qeyd edək ki, Rövşən Məmmədovun atası professor Havar Məmmədov uzun illər Azərbaycan Texniki Universitetinin və Bakı Mühəndislik Universitetinin rektoru olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin senytabrında vəzifədən azad edilib.

Məlumat üçün qeyd edək ki, Məmmədovlar adı müxtəlif qalmaqallarda hallanan Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadə ilə yaxın qohumdurlar.

CityPost.az Rövşən Məmmədovun özü ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında işdən çıxdığını təsdiqləyib.

“Öz ərizəmlə işdən çıxmışam.Xahiş edirəm,məni kiminləsə əlaqələndirib heç kimin adını çəkməyin”,- deyə R.Məmmədov bildirib.