Rövşən Nəcəf bölgə klublarını aldadıb? – PUL QALMAQALIbackend

Rövşən Nəcəf bölgə klublarını aldadıb? – PUL QALMAQALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci və İkinci Liqa klublarında ciddi maliyyə böhranı yaşanır.

NOCOMMENT.az sportinfo.az-a istinadən xəbər verir ki, bir neçə klub hətta çempionatda iştirakını dayandırmaq barədə düşünür.

İlk baxışdan klub rəhbərləri günahkar görünə bilər.

Axı mövsümün əvvəli büdcəyə uyğun heyət formalaşdırmaq məsuliyyəti onların üzərindəydi ki, indi də belə vəziyyət yaranmasın.

Aylar əvvəldən məlum idi ki, Birinci Liqa klublarına 300 min manat, İkinci Liqa təmsilçilərinə isə 50 min manat dövlət dotasiyası nəzərdə tutulub.

Bəs kollektivlər bu büdcə ətrafında niyə formalaşdırılımayıb?

Müəyyən araşdırmadan sonra məlum oldu ki, problemin kökü AFFA-ya gedib çıxır.

Belə ki, mövsümün startına az qalmış bir neçə bölgə klubu yarışlara qatılmaqdan imtina etməyi düşünürmüş.