Röya Türkiyədə qazilərimizlə görüşdü – VİDEO+FOTObackend

Röya Türkiyədə qazilərimizlə görüşdü – VİDEO+FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Röya Ayxan Türkiyəyə müalicə üçün göndərilən yaralı qazilərimizi ziyarət edib.

NOCOMMENT.az xəbər verir ki, o, İstanbulda müalicə alan hərbçilərimizin səhhətləri ilə maraqlanıb.

“Bu gün müalicə üçün Türkiyəyə gətirilən qazilərimizə baş çəkdim, çalışdım ki, onları yormadan bir az söhbət edim. İnanın, sağalmaq eşqi ilə ürəkləri döyünür. Mən çox ümidliyəm, onlar kimi… Əhval -ruhiyyələri də yüksəkdir. Ailələrinə sağlam şəkildə qovuşacaqları günü gözləyirlər. Onlara daim dəstək göstərən cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram. Bu oğullarımız əmin əllərdədi. Üstəgəl xalq da ordusunun arxasındadır. Onların da dəstəyi danılmazdır. Vətəndaşlarımızın “YAŞAT” fonduna etdiyi ianələr sayəsində neçə igidlər sağlamlığına qovuşur! Hər kəsə minnətdaram”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Röya (@royaofficial)