Röyadan şəhidlərə hörmətsizlikbackend

Röyadan şəhidlərə hörmətsizlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Röya Ayxanın avqustun 5-dəki “Dalğa Biç”dəki (Mərdəkan) konserti müzakirələrə səbəb olub.

NOCOMMENT xəbər verir ki, konsertin şəhid xəbərləri ilə eyni günə təsadüf etməsi və təxirə salınmaması insanları hiddətləndirib.

“Yenisabah.az”-a açıqlamasında Röya Ayxanın prodüseri Kənan Bayramov insanları daha da qıcıqlandıracaq sözlər deyib:

“Mənim Röya Ayxanın yerinə fikir söyləmək ixtiyarım var. Onunla bu barədə danışmışıq. Rəy bildirmək istəmədiyini deyib. Balaca bir şeyi şişirdib özlərini reklam eləmək istəyənlərə fikir vermək lazım deyil”.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və AzTV təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin avqustun 5-də Şuşada baş tutmalı olan “Qala” konserti məhz Azərbaycan Ordusunun avqustun 3-də və 5-də şəhid verməsinə ehtiram əlaməti olaraq təxirə salınıb.