Rozanın bir kişi ilə fotosunu paylaşdım – Afət Fərmanqızıbackend

Rozanın bir kişi ilə fotosunu paylaşdım – Afət Fərmanqızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki il əvvəl Nəsiminin qəzəlinə mahnı oxuyanda mənə replika atan sənət dostlarımdan biri də Roza Zərgərli idi”.

NOCOMMENT.az Sherg.az-a istinadla xəbər verir ki, bu sözləri İnstaqram hesabında müğənni Afət Fərmanqızı deyib. O, açıqlamasına bunları da əlavə edib:

“Bir video çəkib paylaşmışdı. Həmin kadrı yenidən yayırlar. Mən də bu məsələyə aydınlıq gətirirəm. Çünki hamıya bir-bir cavab yaza bilmirəm. Orada Roza xanım mənə “Həşərat” demişdi. Mən də həmin dəqiqə onun bir kişi ilə fotosunu paylaşdım. Yazdım ki, “Bakı vaxtilə” efirdədir. Geniş cavab verməyə zamanım olmadı. Biz bir il küsülü qaldıq. İndi isə dostuq. O köhnə videodur. Səhifəmdə əvvəlki illərə baxsaz, görərsiz ki, o şəkil də, altında yazılanlar da var. Heç vaxt kiməsə söz atmıram. Mənə söz atılanda cavabını verirəm”.