RT-nin jurnalisti Krımda poliqonda ölübbackend

RT-nin jurnalisti Krımda poliqonda ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Russia Today” media qrupunun regional bölməsinin rəhbəri Svetlana Babayeva Krımda hərbi idman atıcılığı ilə təlimlərin keçirildiyi poliqonlardan birində baş vermiş qəza nəticəsində ölüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Media Holdinqin mətbuat xidməti məlumat yayıb.

“Kor güllə… Sveta, onun enerjisi və həvəsi üçün hamımız çox darıxacağıq…”, – deyə mətbuat xidməti RT-nin baş direktoru Dmitri Kiselyovdan sitat gətirib.

Qeyd edək ki, S.Babayeva 2019-cu ildən RT-nin Krımdakı bölməsinə rəhbərlik edirdi.