Ruben Vardanyan Qarabağı tərk etmək istəmir, əksinə….. backend

Ruben Vardanyan Qarabağı tərk etmək istəmir, əksinə….. 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət naziri” vəzifəsindən uzaqlaşdırılan Ruben Vardanyan Qarabağı tərk etmək istəmir, əksinə “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, Vardaryanın Qarabağdan uzaqlaşdırılmasını şərh edən politoloq Elxan Şahinoğlu erməni milyarderin Azərbaycana qarşı mübarizəsini davam etdirəcəyini bildirib:

Politoloq Qarabağda sosial sahəyə, təhsilə və mülki müdafiə sisteminin təkmilləşməsinə dəstək verəcəyini söyləyən Vardanyanın bölgəyə gəldiyi gündən bu yana haqqında danışdığı çalışmalara 4 milyon dollar xərclədiyini açıqlayıb.

“Beləliklə, Ruben Vardanyan yenidən hamıya mesaj verib ki, o, Qarabağda müxtəlif layihələri reallaşdırmaqda davam edəcək. Separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı, onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir. Ancaq bu qorxu separatçılara Vardanyanı bölgədən kənarlaşdırmağa kifayət edəcəkmi?” deyə Elxan Şahinoğlu qeyd edib.

Ruben Vardanyanın Azərbaycana əvvəlkitək təhlükə mənbəyi olduğunu vurğulayan politoloq onun maliyyəsiylə bölgəyə silah və sursat daşınmasının istisna olmadığını da bildirib.

NOCOMMENT.AZ