Ruben Vardanyanı hamilə qadın qismində Moskvaya aparıblarbackend

Ruben Vardanyanı hamilə qadın qismində Moskvaya aparıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruben Vardanyan Moskvadadır və onu Qarbağdan Rusiya sülhməramlıları çıxarıb. Onun Moskvada göründüyü ərəfədə Rusiya sülhməramlıları Qarabağdan əsgərlərin istifadə olunmuş paltarlarını, çirkli yorğan-döşəkdən ibarət “texniki yük” çıxarıb. Bir də sülhməramlıların ailə üzvlərindən Rusiyaya müalicə və müayinəyə gedən şəxslər olub”.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva qeyd edib.

O bildirib ki, bu şəxslərin arasında isə Ruben Vardanyanın “qabaritinə” uşaq dünyaya gətirmək üçün Rusiyaya gedən hamilə qadın uyğun gəlir:
“Hamilə qadın qismində Moskvaya aparıblar. “Qırmızı Xaç”ın çıxardığı adamların sıralarında Vardanyanı ona görə axtarmaq lazım deyil ki, Vardanyan Paşınyanın sorosçu dostu olan təşkilata öz “evakuasiyasını” etibar etməzdi. Bir də Rusiyanın Qarabağdakı agentini elə sülhməramlıların özünün daşıması daha məntiqlidir. Növbəti təlimatlar almağa, Qarabağda izini itirdiyi bəzi cinayətlərin hesabatını verməyə gedib. Sonuncu məsələdə görünür, nə vasitəçiyə, nə də internet kommunikasiyalarına etibar etmirlər”.