Rubinyan türk elçi ilə danışıqlar barədə: Hər şey davamlılıqdan asılıdırbackend

Rubinyan türk elçi ilə danışıqlar barədə: Hər şey davamlılıqdan asılıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə nümayəndəsi ilə ilk görüş konstruktiv atmosferdə keçib, lakin ümumilikdə prosesin necə gedəcəyi tərəflərin hazırlığından və konstruktiv davamlılığından asılıdır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Türkiyə münasibətlərin normallaşması prosesində Ermənistan təmsilçisi olan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan tərəfinin istəyi mümkün qədər tez substantiv danışıqlara qoşulmaqdır, çünki biz real problemlərin həllində, yəni ilk növbədə sərhədlərin açılmasında maraqlıyıq”, – deyə o əlavə edib.

Sergey Lavrovun Ermənistan tərəfinin demarkasiya və delimitasiya ilə bağlı konkret təkliflər irəli sürdüyü barədə açıqlamasına toxunan Rubinyan bunun nədən getdiyi barədə məlumatı olmadığını bildirib. Eyni zamanda, Xarici İşlər Nazirliyinə və ya hökumətə müraciət etməyi xahiş edib.

“Lakin ideyalar aidiyyəti qurumlar və rəsmilərimizin ictimaiyyətə açıqladığı sferadadır”, – deyə Rubinyan yekunlaşdırıb.