ABŞ dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının müvafiq komitəsində büdcə dinləmələrində bildirib ki, ABŞ artıq “bütün dünya problemlərini həll edə bilməz”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, dünyada çoxlu “layiqli səbəblər” var, çox dəhşətli hadisələr baş verir. Bununla belə, ABŞ bütün problemləri həll edə bilməyəcək. Rubio qeyd edib ki, Vaşinqton milli maraqlara üstünlük verməlidir.
Dövlət katibi vurğuladı ki, Amerika hökumətinin hər bir hərəkəti, “xərclənən hər dollar” xalqa nəzərəçarpacaq fayda gətirməlidir. Ölkə daha təhlükəsiz, daha güclü və çiçəklənməlidir.
Rubio qeyd edib ki, Birləşmiş Ştatlar bir çox xarici yardım proqramlarını tələb olunan büdcə çərçivəsində saxlamaq imkanına malik deyil.