ABŞ-da Taliban hərəkatının terrorçu statusuna yenidən baxılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində bildirib.
“Mən inanıram ki, təsnifat indi yenidən qiymətləndirilir”, – o, Tennessi ştatının nümayəndəsi Tim Burçett tərəfindən ABŞ-ın Talibanı “xarici terror təşkilatı” kimi təsnif edib-etməyəcəyi sualına cavab olaraq bildirib.